20 
11
19
14:16
286

Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

20, 11, 19
14:16
286

Göyçayda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

patrul.az, APA-nın yerli bürosununa istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank