20 
11
19
13:12
289

Bakıda iki azyaşlı yoxa çıxdı

20, 11, 19
13:12
289

Bakıda iki azyaşlı yoxa çıxdı

Bakının iki rayonunda azyaşlılar itkin düşüb.

patrul.az, Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb.

Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Digər azyaşlı isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb.

Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı onun valideynləri hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank