17 
11
19
18:50
744

Avtoşluq edən yük maşını ziyan da vurdu - VİDEO

17, 11, 19
18:50
744

Avtoşluq edən yük maşını ziyan da vurdu - VİDEO

Dünən səhər saatlarında, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir.

Belə ki, 10 ZZ 682 dövlət qeydiyyat nişanlı yük avtomobili Bakı şəhər Yasamal rayonunda qeydiyyatda olan Salamov Valehə məxsus 10 TM 914 dövlət qeydiyyat nişanlı Chevrolet markalı avtomobilini hərəkətdə olduğu zaman yan güzgüsünü sındıraraq hadisə yerindən yayınmışdır.

Çəkilişdən də göründüyü kimi hadisə yük avtomobilinin təhlükəli manevrlər etməsi nəticəsində baş vermişdir. Hadisə barəsində Salamov Valeh Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat vermişdir.

Zərərçəkən şəxsin redaksiyamıza göndərdiyi və yük avtomobilinin təhlükəli manevrlər etməsini əks etdirən görüntünü sizlərə təqdim edirik:

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank