16 
11
19
21:58
833

Bakıda zəncirvari qəza - YARALANANLAR VAR - FOTO/VİDEO

16, 11, 19
21:58
833

Bakıda zəncirvari qəza - YARALANANLAR VAR - FOTO/VİDEO

Bu gün axşam saatlarında Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.

patrul.az xəbər verir ki, zəncirvari qəza “Bağırov körpüsü” yaxınlığında baş verib.Belə ki qəza hadisəsi 99 HC 236 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı, 90 BX 058 dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı və Mercedes C klass markalı avtomobillərin iştirakı ilə baş verib.

Dərhal hadisə yerinə Təcili tibbi yardım briqadası və DYPX-nin əməkdaşları cəlb olunub.Şahidlərin dediyinə görə hadisə nəticəsində xəsarət alanların olduğu və onların xəstəxanaya aparıldığı bildirilir.Qəzanın hansı səbəblərdən baş verdiyi məlum deyil və araşdırma aparılır.

Bakıda zəncirvari qəza - YARALANANLAR VAR - FOTO/VİDEO







Bizimlə əlaqə saxlayın

birbank