01 
01
20
09:18
267

Azərbaycanda maşın şənliyə gedən avtomobillərə çırpıldı: 10-dan çox yaralı var

01, 01, 20
09:18
267

Azərbaycanda maşın şənliyə gedən avtomobillərə çırpıldı: 10-dan çox yaralı var

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhərindən keçən hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış dörd avtomobilə çırpılıb.

Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Onlardan altı nəfəri - Gültac Quliyeva (1992), Zeynab Quliyeva (2007), Samir Quliyev (1986), Təfəkkür Abdullayev (1982), Covdar İsayev (1998) və Gülşad Abdullayeva (1985) xəstəxanaya yerləşdirilib.

İçərisində uşaqların da olduğu daha bir neçə nəfər isə yüngül xəsarətdən və həyəcandan özünü pis hiss etdikləri üçün onlara ambulator yardım göstərilib.

Qeyd edək ki, hadisə şəhər ərazisində keçirilən bayram şənliyinə gedən vətəndaşların avtomobillərinin saxladığı yerdə olub. Qəzada “VAZ – 2104”, “VAZ – 2107”, iki “VAZ – 2106” və “Mercedes” markalı avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank