31 
12
19
21:04
256

Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni məlumatlar üzə çıxdı - VİDEO

31, 12, 19
21:04
256

Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni məlumatlar üzə çıxdı - VİDEO

Şirvan şəhərində "Hyundai Santafee" markalı avtomobillə üç qadın sərnişin və sürücünün dünyasını dəyişməsi ilə baş vermiş qəzanın bəzi detalları üzə çıxıb. Məlum olduğu kimi, həmin hadisə ilə bağlı cinayət işi açılaraq araşdırma aparılır. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, sürücünün hərəkət etdiyi orta sürət 110 km/saat sürət olub. Bu o deməkdir ki, sürücü bəzi ərazilərdə 60-70 km saat sürətlə hərəkət etmiş olsa da belə, bəzi yerlərdə hərəkət sürətini 160-170 km saat sürətə kimi yüksəldib. Qəza olan anında isə avtomobilin sürəti 110 km/saatdan artıq olub. 
Kamera görüntüləri ilə aparılan müşahidələr başqa məqamları da ortaya çıxarıb. Təxminən 10-a yaxın baxılan görüntüdə sürücünün mobil telefondan istifadə etdiyi və yaxud da telefonu əldə saxladığı əksini tapıb. Hal hazırda araşdırmalar davam edir.

Bu hadisə bir daha sürücülərin sükan arxasında diqqətli olmasını, sürət həddini aşmamasını və mobil telefondan istifadə etməməsini gündəmə gətirir. 
Avtosfer.az adından bir daha sürücülərə çatdırırıq ki, sürət həddinin aşılması, mobil telefondan istifadə etmək çox böyük təhlükədir və rahatlıqla qəzalara yol aça bilir.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank