30 
08
23
10:29
146

Milli Parkdakı yanğını söndürməyə helikopterlər cəlb edildi - Yenilənib

30, 08, 23
10:29
146

Milli Parkdakı yanğını söndürməyə helikopterlər cəlb edildi - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Patrul.az” xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. 
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazidə havanın küləkli olmasına baxmayaraq məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın artıq söndürülüb.

Bizimlə əlaqə saxlayın

birbank