30 
08
23
00:28
134

Bakıda doqquzmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

30, 08, 23
00:28
134

Bakıda doqquzmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər bina sakini təxliyə edilib.
Patrul.az” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd elektrik sayğacı, 8 p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 mm olan qaz xəttindən sızan məişət qazı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

birbank