30 
05
23
09:38
113

Kafedə kişi, arvadı və bacısı oğlu bıçaqlandı

30, 05, 23
09:38
113

Kafedə kişi, arvadı və bacısı oğlu bıçaqlandı

Bakıda kafedə bir ailədən 3 nəfər bıçaqlanıb.
Patrul.az” xəbər verir ki, hadisə mayın 28-də saat 23 radələrində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən kafedə baş verib. 

Kafedə müştəri olan Ağacabədi rayon sakini 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu mübahisə zamanı digər masada əyləşən 1972-ci il təvəllüdlü Səməndər Səfərovu, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Qahirə Səfərovanı və bacısı oğlu 2003-cü il təvəllüdlü İ.Məmmədovu bıçaqlayıb.

S.Səfərov və bacısı oğlunun xəsarətləri daxilə nüfuz edib. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, E.Quliyev saxlanılıb.

Bizimlə əlaqə saxlayın

birbank