29 
05
23
23:03
100

Oğuzda 32 yaşlı qadını maşın vurub

29, 05, 23
23:03
100

Oğuzda 32 yaşlı qadını maşın vurub

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.
"Patrul.az"-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərmli kəndindən keçən hissəsində baş verib.


Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Sevinc Sabir qızı İbrahimovanı Balakən sakini Abakər Mehdiyevin idarə etdiyi “KİA” markalı minik avtomobili vurub.
Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) S.İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

birbank