26 
12
19
10:42
234

Suraxanı rayonunda iki qəzada iki nəfər yaralanıb

26, 12, 19
10:42
234

Suraxanı rayonunda iki qəzada iki nəfər yaralanıb

Sabunçu rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib. 

patrul.az, Oxu.Az-a istinadən xəbər verir ki, hadisələrdən birində 24 yaşlı Musayev Əli Ədalət oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.  

Nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb. Qəza zaman Ə.Musayev xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Digər qəza isə Qaraçuxur qəsəbəsində qeydə alınıb.  

İki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü - 1987-ci il təvəllüdlü Kərəmov Elnur İmanəddin oğlu xəsarət alıb.  

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.  

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.  

Bizimlə əlaqə saxlayın

birbank