24 
12
19
10:49
306

Zaqatalada bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

24, 12, 19
10:49
306

Zaqatalada bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri - 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank