24 
12
19
10:43
285

Şirvanda yol qəzası olub, xəsarət alanlar var

24, 12, 19
10:43
285

Şirvanda yol qəzası olub, xəsarət alanlar var

Şirvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report-un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil təkərinin partlaması nəticəsində idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1992-ci il təvəllüdlü Şahbazov Nurani Ələkbər oğlu, 1992-ci il təvəllüdlü Əliyev Vüqar Mətləb oğlu və 1993-cü il təvəllüdlü Əlizadə Sabir Rövşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank