09 
11
19
23:06
1 523

Bakıda "Bayraq Günü" yürüşü Özəl Görüntülər - Video

09, 11, 19
23:06
1 523

Bakıda "Bayraq Günü" yürüşü Özəl Görüntülər - Video

Hər il ölkədə təntənəli sürətdə qeyd olunan “dövlət bayrağı günü”nü bugün Bakıda sürücülər tam fərqli formada qeyd ediblər.30-a yaxın avtomobilin iştirak etdiyi avtoyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.Tədbirdə iştirak edəcək avtomobillər saat 16:00da Badamdar avtomobil satış mərkəzində yerləşən “Avto Qranat Center”də toplaşıblar.Mərkəzin rəhbəri Aqil İsrafilov yürüşdən əvvəl avtomobillərdə olacaq nasazlıqları önləmək üçün texniki baxış keçirib.Saytımıza açıqlama verən servis mərkəzi rəhbəri bu tip tədbirlərin hər sahədə olan iş adamlarının təşkil etməkdə aktiv olmağa səsləyib.Aqil İsrafilov hər fürsətdə ölkəmizin bayrağının dalğalandırmağın vacibliyindən danışıb.
“Bmw Club of Azerbaijan”ın təsisçisi Ramin Məmmədovda belə tədbirlərdə iştirakı davam edəcəklərini və kortej yürüşlərində təhlükəsizliyi təmin elədiyi üçün Dövlət Yol Polisinə öz təşəkkürünü bildirmişdir.Belə kütləvi tədbirlərdə avtomobil dəstələrinin hərəkəti zamanı təhlükəsizlik çox önəmlidir.Klub rəhbərinin sözlərinə görə “Bimmer club of Azerbaijan” sürücüləri hər zaman yol qaydalarına qarşı diqqətlə yanaşırlar.
Klub üzvləri və sürücülər toplandıqdan sonra şəhərin mərkəzindən keçərək ilk növbədə “bayraq meydanı”na yürüş etmişlər.Avtomobil dəstəsinin şəhər mərkəzində hərəkəti zamanı insanların böyük marağı ilə qarşılaşıblar.Avtoyürüş şəhərin mərkəzi küçələrində yürüşünü uğurla tamamlayıb.
Tədbirdən olan özəl foto və video görüntüləri sizə təqdim edirik

patrul.az

Bakıda "Bayraq Günü" yürüşü Özəl Görüntülər - Video









Bizimlə əlaqə saxlayın

birbank