09 
11
19
22:54
1 237

Maye qaz gəldi və böyük İzdiham yaşandı - VİDEO

09, 11, 19
22:54
1 237

Maye qaz gəldi və böyük İzdiham yaşandı - VİDEO

patrul.az saytının əldə etdiyi məlumata görə bir neçə aylardır ki ölkə ərazisində maye qazın olmamasından vətəndaşlar ciddi əziyyət çəkirdi.Maye qaza əsas tələb Bakı ətrafı kəndlərdə yaşayan sakinlərə və taksi sürücülərində idi. Saytımızın araşdırması zamanı qazın olmamasının səbəbi qaz emalı zavodundakı təmir və yenidənqurma işləri olduğu aydınlaşdırıldı.Hərgün yanacaqdoldurma məntəqələrinə baş çəkən sürücülər dünən 8 noyabr tarixində maye qazın Bakıdakı bəzi yanacaqdoldurma məntəqlərinə gəlməsi xəbərini sevinclə bizə bildirdilər.Lakin sürücülərin sevinci uzun çəkmədi,beləki əvvəl 45 qəpiyə təklif olunan maye qaz artıq 65 qəpikdən satışa çıxarılmışdır.Məlumat üçün qeyd edəkki avtomobilinə maye qaz avadanlığı quraşdırlanlar 1000-1200 manat arası xərc çəkmişdilər.Nəzərə alsaqki əsas maye qaz istifadəçilərinin taksi sürücüləridir bu zaman yaşanan problemin birbaşa ictimai nəqliyyat qiymətlərinədə təsirsiz ötüşmüyəcəyi aşkar görünür.Maye qazın tapılmadığı ərəfədə CNG (sıxışdırılmış təbii qaz) avadanlığı quraşdıran şirkətlərdə güzəştli kompaniyalara başlanmışdı.Qeyd edəkki CNG sistemində yanacaq çənində daha çox təzyiq olduğundan sürücülər bu sistemin təhlükəli olduğunu hesab edir və LPG(maye qaza) yönəlirlər.
Maye qazın satışa başlamasıyla şəhərdəki yanacaqdolurma məntəqələrində böyük tıxaclar yaranıb.Bugünki müşahidələrimizdə tək sürücülər deyil həmçinin məişətdə istifadəsi üçündə öz qaz balonlarını doldurmağa gələn vətəndaşlar böyük izdiham yaşayıblar.
Babək prospektində yerləşən “AzQaz” yanacaqdoldurma məntəqəsindən çəkilən video və fotoları sizə təqdim edirik

Maye qaz gəldi və böyük İzdiham yaşandı - VİDEO



Bizimlə əlaqə saxlayın

birbank