09 
01
20
13:29
302

"Hava limanı" - "28 May" ekspress avtobus dayanacaqların sayı artırıldı

09, 01, 20
13:29
302

"Hava limanı" - "28 May" ekspress avtobus dayanacaqların sayı artırıldı

H1 Hava limanı-“28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb.
 
Bu barədə patrul.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
 
Bildirilib ki, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib:
 
“Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib. Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların  Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla həyata keçirilib”. 

Bizimlə əlaqə saxlayın

birbank