09 
01
20
13:01
255
yuxarı
21 sosial təminat növü üzrə elektron təyinat sistemi işə salındı - SİYAHI
21 sosial təminat növü üzrə elektron təyinat sistemi işə salındı - SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırılması təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən patrul.az-a verilən məlumata görə, onlar aşağıdakılardır:
- Yaşa görə əmək pensiyası;
- Əlilliyə görə əmək pensiyası;
- Uşağın doğulmasına görə birdəfəlik müavinət;
- Sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət;
- Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa görə Prezidentin aylıq təqaüdü;
- Əlilliyə görə aylıq müavinət;
- Müharibə əlillərinə Prezidentin aylıq təqaüdü;
- 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdü;
- I dərəcə əlilliyə görə müavinət hüququ olanlara Prezidentin aylıq təqaüdü;
- I dərəcə əlilliyə görə pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü;
- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) aylıq müavinət;
- Müharibə əlillərinin uşaqlarına aylıq müavinət;
- 20 Yanvar əlillərinin uşaqlarına aylıq müavinət;
- Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinət;
- Fəxri adlara görə Prezidentin aylıq təqaüdü;
- Prezidentin fərdi təqaüdü;
- Şəhidin uşaqlarına aylıq müavinət;
- Şəhid ailəsi üzvlərinə aylıq müavinət;
- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət;
- Şəhid ailəsi üçün Prezidentin təqaüdü;
- Yaşa görə müavinət.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək