26 
12
19
21:26
260

Sabah bu ərazidə qaz olmayacaq

26, 12, 19
21:26
260

Sabah bu ərazidə qaz olmayacaq

Dekabrın 27-də səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

patrul.az “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verəcək fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil. Belə ki, Xırdalan şəhərinin H.Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır.

Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.
Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank