26 
12
19
19:04
250

“BakuBus” sərnişinləri təmizliyə riayət etməyə çağırır

26, 12, 19
19:04
250

“BakuBus” sərnişinləri təmizliyə riayət etməyə çağırır

“BakuBus” MMC sərnişinləri təmizliyə riayət etməyə, avtobuslara tullantı atmamağa, salonu çirkləndirməməyə çağırır.

MMC-dən Avtosfer.az-a verilən məlumata görə, “BakuBus” MMC-yə məxsus avtobuslar hər gün qarajda yuyulur, təmizlənir və mütəmadi olaraq, dezinfeksiya edilir. Lakin bəzi sərnişinlər xətdə olan avtobuslara tullantılar atır, salonu çirkləndirirlər. Bununla da, onlar digər sərnişinlərin rahatlığını pozurlar. Xətdə olan, salonuna tullantı atılmış, çirkləndirilmiş avtobusların təmizlənməsi isə əlavə vaxt tələb edir. “BakuBus” MMC vətəndaşlardan da təmizliyə riayət etməyərək avtobuslara tullantı atan, salonu çirkləndirən şəxsləri belə hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edir.

patrul.az




Bizimlə əlaqə saxlayın

birbank