21 
12
19
15:58
255

Yevlaxda 2 nəfərin ölümünə, 18 nəfərin yaralanmasına səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb

21, 12, 19
15:58
255

Yevlaxda 2 nəfərin ölümünə, 18 nəfərin yaralanmasına səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb

Yevlax rayonunda 2 nəfərin öldüyü, 18 nəfərin yaralandığı yol qəzasını törətməkdə təqsirləndirilən Xudaverdi Şərifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Report-un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il mayın 23-ü saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini X.Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.

Nəticədə 2 sərnişin, Yevlax rayon sakinləri - 2006-cı il təvəllüdlü İmanzadə Sevindik Tamerlan oğlu və Musayeva Səadət Məzahir qızı hadisə yerində ölüb, sürücü və 19 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Daha sonra sürücü X.Şərifov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank