21 
12
19
13:43
263

Sərhəddən külli miqdarda pirotexniki vasitə keçirmək istədi - FOTO

21, 12, 19
13:43
263

Sərhəddən külli miqdarda pirotexniki vasitə keçirmək istədi - FOTO

Gürcüstandan Azərbaycana priotexniki vasitələr gətirmək istəyən şəxs sərhəddə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu barədə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə məlumat daxil olub.

“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Yoxlama zamanı avtomobilin alt hissəsində 277 qutu “Corsair” və “Mega Piratka” markalı pirotexniki vasitə, 240 ədəd “Red Stars With Report” və “Sterminator” markalı fişənglər aşkarlanıb.

patrul.az




Bizimlə əlaqə saxlayın

birbank