21 
12
19
09:56
247

Komitə: Məişət zorakılığı qurbanlarının hüquqlarının bərpasına diqqət artırılır

21, 12, 19
09:56
247

Komitə: Məişət zorakılığı qurbanlarının hüquqlarının bərpasına diqqət artırılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmiş məişət zorakılığı qurbanlarının hüquqlarının bərpasına nəzarətin gücləndirilməsi Hüquqi təminat şöbəsinə tapşırılıb. 

patrul.az, Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Komitənin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd olunub.

Hesabata görə, Hüquqi təminat şöbəsinə yerli rayon icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə işləri daha da gücləndirməsi də tapşırılıb.

Eyni zamanda, Regional mərkəzlərlə iş şöbəsi regional mərkəzlərdə ailə, qadın və uşaq problemləri istiqamətində görülən işləri, tədbirləri daha da gücləndirəcək.

Bizimlə əlaqə saxlayın

birbank