20 
12
19
18:32
279

Bakıda məcburi köçkün diləndirilib? - RƏSMİ AÇIQLAMA

20, 12, 19
18:32
279

Bakıda məcburi köçkün diləndirilib? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndirilməsi ilə bağlı yayılan məlumatlara Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib. 

Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb.

Onun kimsəsiz olması ilə bağlı deyilənlərə cavab olaraq E.Hacıyev bildirib ki, Baxşeyiş İsmayılov kiməsiz deyil, o, Azərbaycan dövlətinin vətəndaşıdır, onun hüquqlarının dövlət tərəfindən təmin olunmasına xüsusi diqqət göstərilir.

Qeyd edək ki, sosial şəbəkələrdə kəlbəcərli İsmayılov Baxşeyiş məqsədli olaraq bir qadın tərəfindən diləndirildiyi haqqında məlumat paylaşmışdı.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank