23 
11
19
18:58
606

Abşeron Polisi nümunəvi addımı ilə fərqlənib - VİDEO

23, 11, 19
18:58
606

Abşeron Polisi nümunəvi addımı ilə fərqlənib - VİDEO

patrul.az, Dunyatv.az-a istinadən xəbər verir ki, boğazında balıq sümüyü qalan qadını xəstəxanaya Abşeron rayon Polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları aparıb.

Belə ki, Baki sakini Vüsalə Cəfərova evdə yemək yeyərkən boğazında balıq sümüyü qalıb. Qızının vəziyyətinin ağırlaşdığını görən atası Famil Cəfərov onu, Abşeron rayonunda yaşayan, el arasında "çöpçü" kimi adlanan bir nəfərin yanına gətirib, lakin balıq sümüyünü çıxarmaq mümkün olmayıb.

V. Cəfərovanı dərhal Bakıdakı xəstəxanalardan birinə çatdırmaq zərurəti yaranıb. Sürücünün avtomobili surətli idarə etməsi Abşeronda 90 YP 190 dövlət qeydiyyat nişanlı xidməti maşında vəzifədə olan polis əməkdaşları Vasif Ələsgərov və Əli Cavadovun diqqətini cəlb edib. Sürücü saxlanılsa da, lakin sonradan onların özlərinin köməyi ilə V. Cəfərova tez bir zamanda Bakinin xəstəxanalarından birinə çatdırılıb.

Boğazında balıq sümüyü qalan V. Cəfərovanın vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Ailə bütün edilən köməkliyə görə polis əməkdaşlarına minnətdardır

Bizimlə əlaqə saxlayın

birbank