01 
04
24
15:07
562

Səbail rayon DYP avtoxuliqanlıq edən qadın sürücünü saxladı

01, 04, 24
15:07
562

Səbail rayon DYP avtoxuliqanlıq edən qadın sürücünü saxladı

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb. BMW markalı, 90XZ012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub. Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilmişdir.

Bizimlə əlaqə saxlayın

birbank