28 
03
24
22:44
1 047

“Əhmədli” metrostansiyasının qarşısında reyd keçirildi. Problemin həlli nədir? - VİDEO

28, 03, 24
22:44
1 047

“Əhmədli” metrostansiyasının qarşısında reyd keçirildi. Problemin həlli nədir? - VİDEO

Patrul.az izləyicilərimizin şikayətləri əsasında “Əhmədli” metrostansiyasının qarşısındakı avtomobil sıxlığı ilə bağlı sujet hazırlamışdıq. Problemin əsas səbəbi kimi də metrostansiyasının qarşısında dayanan taksi sürücərinin ikinci, hətta üçüncü zolaqda avtomobil saxlayıb yolu iflic etdiyi görünürdü.

Xəbər tərəfimizdən paylaşıldıqdan sonra Xətai Rayon Dövlət Yol Polisi əməkdaşları hadisə yerində reyd keçirdilər və biz də həmin reydi işıqlandırmaq üçün hadisə yerində olduq.

Reyd zamanı bir xeyli sürücü ilə maarifləndirici söhbət aparıldı, qayda pozan sürücülərə cərimələr yazıldı. Ərazi əməkdaşlar tərəfindən səliqə-sahmana salındı. 

Sözsüz ki, problemin əsas səbəbləri daha dərinə gedir. Buradan xüsusən kənar ətraf ərazilərə gedən sakinlər olur. Həmin ərazilərdə yaşayan sakinlərin sayına uyğun ictimai nəqliyyat tələbi qarşılanmadığı üçün də insanların təbii olaraq yolüstü taksilərə ehtiyacı olur. Mələsən 20 nəfər bir avtobusla gedə biləcəyi halda həmin avtobus olmadığından, həmin 20 nəfər ən yaxşı halda 5 dənə taksi ilə gedir. Bu da təbii olaraq həm deyilən ərazidə, həm də yollarda sıxlıq yaradır.

Yəni belə məsələlər köklü şəkildə həllini tapmalıdır. Ancaq təəssüf ki, ictimai nəqliyyat sahəsində hələ də Bakının mərkəzində belə böyük problemlər var, qaldı ki Bakıətrafı və digər ərazilər.

Bizimlə əlaqə saxlayın

birbank