27 
02
24
00:19
289

Avtomobilinin dövlət qeydiyyat nişanına qanunsuz müdaxilə edən sürücü saxlanıldı

27, 02, 24
00:19
289

Avtomobilinin dövlət qeydiyyat nişanına qanunsuz müdaxilə edən sürücü saxlanıldı

Gəncədə “Mercedes” markalı avtomobilin sürücüsünün dövlət qeydiyyat nişanını müxtəlif üsulla örtərək, görülməmiş 20 FA 219 nömrəsi ilə əvəzləməsi barədə xəbər vermişdik. Kobud qayda pozuntusuna yol verərək, özbaşınalıq edən sürücü artıq saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Patrul.az”a açıqlamasında bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində xüsusi texniki vasitələrdən yayınmaq üçün dövlət qeydiyyat nişanına qanunsuz müdaxilə edən sürücü saxlanılıb. Onunla profilaktiki söhbət aparıldıqdan sonra barəsində inzibati tədbir görülüb.



Bizimlə əlaqə saxlayın

birbank