05 
02
24
15:06
108

Bakıda evdən 40 min manatlıq saat oğurladı

05, 02, 24
15:06
108

Bakıda evdən 40 min manatlıq saat oğurladı

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.


DİN-dən verilən məlumata görə, həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.

Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Bizimlə əlaqə saxlayın

birbank