26 
01
24
21:02
180

DİQQƏT! Avtomobildə tibbi yardım çantası olmayanlar bu qədər cərimələnəcək

26, 01, 24
21:02
180

DİQQƏT! Avtomobildə tibbi yardım çantası olmayanlar bu qədər cərimələnəcək

Bir neçə gündür sosial şəbəkələrdə avtomobildə qəza işarəsi, yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı iddialar səsləndirilir.


Yanğınsöndürmə balonu və qəza işarəsi aydın məsələdir.

Bəs avtomobilində tibb çantası olmayan sürücüləri hansı cəzalar gözləyir?

Məsələ ilə bağlı Patrul.az-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, ilk tibbi yardım qutusunun tərkibi mütləq dəyişdirilməlidir:

“2021-ci ildə sözügedən çantanın adı dəyişdi, hazırda aptekçənin adı ilk tibbi yardım qutusudur. Bu qutunun adını dəyişəndə mahiyyəti də dəyişməli idi, çünki həmin qutuda olan ləvazimatlar arasında sürücünün istifadə etməsi mümkün olmayan, ixtisaslı həkim biliyi tələb edən, avtomobildə saxlanması mümkün olmayan ləvazimat və preparatlar var. 

Hazırda mövcud olan 2019-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı var. Həmin siyahıda lazımsız şeylər var. 

Birincisi, bəzi dərman vasitələri xüsusi saxlama şəraiti istəyir, avtomobildə onları saxlamaq olmaz, yay aylarında avtomobilin salonu bəzən 50 dərəcəyə qədər qızır. Bəzi ləvazimatları isə hər adam tətbiq edə bilməz, onlardan istifadə etmək üçün tibbi biliklər mütləqdir. Bu qutunun tərkibi mütləq dəyişdirilməlidir. 

”Məlumat üçün bildirim ki, dünyanın hər yerində bu cür tibbi qutuda dərman vasitələri olmur. Məsələn, Avropa ölkələrindəki qutuda yalnız bint, jqut, qayçı və bu tip şeylər olur, heç bir halda, o qutuya dərman preparatları qoyulmur. Bizdə də bu cür olmalıdır, qutuda dərmanların olması mənasızdır”.

Hüquqşünasın sözlərinə görə, siyahıda olan bəzi preparatları tapmaq müşkül məsələyə çevrilir:

“Bundan əlavə, siyahıda olan bəzi dərmanları tapmaq çox çətindir. Məsələn, hazırda dövriyyədən çıxarılmış dərman vasitələri var. sürücülər həmişə şikayət edirlər ki, biz bəzi dərmanları apteklərdən tapa bilmirik.

Tibbi qutunun avtomobildə olmaması daha çox texniki baxış zamanı problem yarada bilir. Texniki baxış zamanı siyahıya uyğun dərman vasitələri qutuda olmalıdır. Olmazsa, bu problem yaradır. Təcrübədə yol polis əməkdaşları sürücüləri saxlayıb tibbi qutunun olub-olmamasını yoxlamırlar, heç buna gərək də yoxdur. Nəzəri cəhətdən postlarda yoxlanıla bilər. Bu qutu olmazsa, İnzibati Xətalar Məcəlləsinin 356-cı bəndinə əsasən, 10 manat cərimə nəzərdə tutulur”.

Nəqliyyat üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, avtomobilində komplektləşdirilmiş ləvazimat çantası (tibbi qutu, yanğınsöndürən balon, qəza nişanı) olmayan sürücüləri 50 manat cərimə gözləyir:

“İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinin birinci bəndinə əlavə olunmuşdu ki, aptekçə sözü yığışdırılsın, ilkin tibbi yardım çantası kimi ifadə olunsun. Bəzən buna komplektləşdirilmiş ləvazimat çantası da deyilir. Bura yanğınsöndürən balon, tibb çantası və qəza nişanı aiddir. Onlar olmadıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 50 manat cərimə tətbiq olunur. 

”Bu çanta xüsusən qəza zamanı sürücünün yardımına çatır və vacib elementlərdir. Qəzadan heç kəs sığortalanmayıb, yol boyunca nə zaman nəyin baş verəcəyini kimsə söyləyə bilməz”.
[hide][/hide]



Bizimlə əlaqə saxlayın

birbank