04 
11
23
00:23
808

Patrul.az-ın logosundan və sayrışan işıqlardan istifadə edən moped sürücüsü saxlanıldı - VİDEO

04, 11, 23
00:23
808

Patrul.az-ın logosundan və sayrışan işıqlardan istifadə edən moped sürücüsü saxlanıldı - VİDEO

Əməkdaşlarımız paytaxtda Patrul.az-ın loqosundan və sayrışan işıqlardan istifadə edən moped sürücüsü olduğunu müəyyən edərək hüquq mühafizə orqanlarına məlumat veriblər.

Patrul.az xəbər verir ki, Nərimanov rayonu Dövlət Yol Polisi əməkdaşları onlara verilən məlumata tez reaksiya verərək paytaxt küçələrində nəqliyyat vasitəsinin üzərinə Patrul.az media şirkətinə məxsus loqolar əks etdirən və sayrışan işıqlar qurraşdıran moped sürücüsü saxlayıblar.

Belə ki, #99D130 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü mopedin üzərinə icazəsiz şəkildə Patrul.az media şirkətinə məxsus loqolar vurub və əlavə olaraq mopedin üzərinə sayrışan işıqlar quraşdırıb.Bu məlumatı əldə edən redaksiyamızın əməkdaşları hüquq mühafizə orqanlarına məsələ ilə bağlı şikayət ünvanlayıb. Məsləyə tez reaksiya verən Nərimanov rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünü saxlayaraq mopedi duracağa təmin ediblər.

Qeyd edək ki, Patrul.az media şirkətinin tabeçiliyində olan heç bir nəqliyyat vasitəsinin üzərində radaksiyamızın loqoları əks olunmayıb.


Bizimlə əlaqə saxlayın

birbank