06 
10
23
19:38
613

Zaqatalada nömrəsiz avtomobil idarə edən sürücülər müəyyən edilib - FOTO

06, 10, 23
19:38
613

Zaqatalada nömrəsiz avtomobil idarə edən sürücülər müəyyən edilib - FOTO

​Zaqatalada dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən sürücülər barəsində tədbir görülüb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı üzərində olmadan avtomobil idarə edən sürücülərə qarşı nəzarət-protfilaktik tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Patrul.az”a verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində bu istiqamətdə keçirilən tədbirlər zamanı qeyd olunan qayda pozuntusuna yol verən sürücülər aşkar edilib, yol polisi əməkdaşları tərəfindən onlara qanunvericiliyin tələbləri izah olunub. Törətdikləri qayda pozuntularından yayınmaq məqsədilə dövlət qeydiyyat nişanını çıxarıb avtomobil idarə edən həmin sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.





Bizimlə əlaqə saxlayın

birbank