21 
09
23
17:37
2 747

Küçəni YARIŞ MEYDANÇASI hesab edən usta həbs edildi - VİDEO

21, 09, 23
17:37
2 747

Küçəni YARIŞ MEYDANÇASI hesab edən usta həbs edildi - VİDEO

Ötən gün avtomobillər üzərində müəyyən dəyişikliklər etməklə nəqliyyat vasitələrini yaşayış yerində, cəmiyyətə aşkar şəkildə test edilməsini təşkil edərək çoxsaylı qayda pozuntularının olmasına və vətəndaşlara təhlükə yaranmasına səbəb olan usta barəsində xəbər vermişdik.

Patrul.az xəbər verir ki, sözügedən ustanın kimliyi müəyyən olunaraq barəsində hüquqi tədbir görülüb.

Belə ki, həmin şəxsin Oruclu Orxan Yaşar oğlu olduğu hüquq mühafizə orqanları tərəfindən təyin olunmuş və törətdiyi qanun pozuntusu ilə bağlı sənədlər toplanaraq Xətai rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına görə O.Orxan İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsinə əsasən təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla on beş gün müddətə inzibati həbs tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

birbank