26 
06
23
21:26
289

Nişanlar düzgün quraşdırılıb, yoxsa yox? - VİDEO

26, 06, 23
21:26
289

Nişanlar düzgün quraşdırılıb, yoxsa yox? - VİDEO

Xanımlar sosial şəbəkələrdə videogörüntü paylaşaraq Bakı-Şamaxı yolunda maksimum sürət həddi nişanlarının düzgün quraşdırılmadığını bildiriblər. Belə ki, videogörüntüdə əvvəlcə 90, sonra 70, daha sonra isə 60 km/saat sürət həddi göstərilib. Xanımlar iddia edirlər ki, bu sürücüləri çaşdırır. Amma görünən odur ki, sürücülük vəsiqələri olsa belə bu şəxslərin sürücülükdən, yol hərəkətinin təşkilindən anlayışları zəifdir. Çünki elə videogörüntünün özündə də görünür ki, 60 km/saat sürət həddi nişanından sonra piyada zolağı nişanı var. Piyada zolağı olan yerdə isə 90 km/saat sürət həddi olması bir başa təhlükəsizliyə ziddir. Piyadaların həyatı üçün təhlükədir. Ona görə də qanunamvüafiq olaraq sürət əvvəlcə 20 km/saat fərqlə, yəni 90 km/saatdan 70 km/saata, daha sonra isə 60 km/saata endirilib. Sonda Patrul.az olaraq bütün yol hərəkət iştirakçılarına təhlükəsiz yol arzu edirik.

Bizimlə əlaqə saxlayın

birbank