13 
06
23
13:21
555

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

13, 06, 23
13:21
555

Növbəti qayda pozanlar silsiləsi - VİDEO

Patrul.az qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib.

#90PG873 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 26 aprel, 08:20 radələrində Azadlıq prospektində bir neçə dəfə zolaqlar üzrə yerdəyişmə qaydalarını pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaşadıb.

#77BM480 DQN-lı avtomobilin sürücüsü 15 may, 12:59 radələrində Fəzail Bayramov küçəsində əks yola çıxmaqla hərəkət iştirakçılarına təhlükə yaşadıb.

#77HZ457 DQN-lı avtomobilin sürücüsü 21 may, 08:39 radələrində Badamdar qəsəbəsindən 20-ci Sahəyə gedən yola 1.1 nişanlanma xəttinin tələbini pozaraq öz zolağı ilə hərəkət edən süeücüyə təhlükə yaşadıb.

#99FG707 DQN-lı avtomobilin sürücüsü 17 may, 14:03 radələrində 28 may küçəsi ilə hərəkət edərkən yerləşdiyi zolaqdan yalnız sağa dönməli olduğu halda düzünə hərəkət etməklə Rəşid Behbudov küçəsinə dönən sürücüyə təhlükə yaşadıb.

#35BJ917 DQN-lı avtomobilin sürücüsü 3 iyun, 14:34 radələrində Cəfər Xəndan küçəsində əks yola çıxaraq öz yolu ilə hərəkət edən sürücüyə təhlükə yaşadıb.

Bizimlə əlaqə saxlayın

birbank