03 
05
23
21:27
483

16 yaşlı uşaq icarə avtomobillə qəza etdi - VİDEO

03, 05, 23
21:27
483

16 yaşlı uşaq icarə avtomobillə qəza etdi - VİDEO

Emirate rent a car şirkətinin sahibi Patrul.az və Baku.es kameralarına danışaraq külli miqdarda zərərə düşdüyünü bildirib. Belə ki, onlardan tez-tez icarə avtomobil götürən Xalid adlı müştəriləri 25 mart tarixindən 26 mart tarixinə keçən gecə #90OL800 dövlət qeydiyyat nişanlı “Range Rover Vogue” markalı avtomobili icarə götürüb. 26 mart tarixində onlara avtomobilin qəzaya düşdüyü xəbəri gəlib. Məlum olub ki, avtomobili icarə götürən Xalid onu 16 yaşlı Səfərov Məhəmməd Raul oğluna verib. 16 yaşlı, sürücülük vəsiqəsi olmayan Məhəmməd də başqa avtomobili vuraraq qəza edib. Nəticədə həm digər avtomobilə, həm də icarə götürülən avtomobilə böyük məbləğdə maddi zərər dəyib. Lakin avtomobili icarı götürən şəxs də, onunla qəza edən uşağın atası da vurulan maddi zərəri ödəmək istəmirlər. Nəticədə sahibkarın həm avtomobili qəzalı vəziyyətdə qalıb, həm də onu icarə verə bilmir deyə gəlirindən olub. O, aidyyatı şəxslərdən kömək istəyir.

Bizimlə əlaqə saxlayın

birbank