03 
05
23
19:34
395

Həqiqətən də avtomobildə xəstə olubmu? - VİDEO

03, 05, 23
19:34
395

Həqiqətən də avtomobildə xəstə olubmu? - VİDEO

Bir neçə gün öncə paytaxta əks yola çıxan sürücünün videogörüntüsü paylaşılmışdı. Düzdür əks yola çıxan sürücü öz yolu ilə gedən sürücüylə kobud danışsa da əks yola çıxma səbəbi kimi avtomobilində xəstə olduğunu bildirmişdi. Hadisə sosial şəbəkələrdə paylaşıldıqdan sonra Patrul.az və Baku.es qaynar xəttinə növbəti videogörüntü göndərilib. Bu dəfəki videogörüntünü isə əks yola çıxan sürücü göndərib. O, bildirib ki, əslində etdiyi bu yaxşılıq əməlini paylaşmaq niyyəti olmayıb. Sadəcə həmin videogörüntü cəmiyyət içində birmənalı qarşılanmadığı, əksəriyyət də onun avtomobilində xəstə olduğuna inanmadığı üçün paylaşmaq məcburiyyətində qalıb. O, qeyd edib ki, hadisə baş verən gün öz avtomobili ilə hərəkətdə olan zaman görüb ki, yolda qəza baş verib və qəza nəticəsində bir nəfər yaralı vəziyyətdə yola yıxılıb. O, da insanlıq borcu kimi həmin yaralını avtomobili ilə xəstəxanaya çatıdırıb. Sürücü isə sonda insanları həyati əhəmiyyət olmadığı müddətdə qaydalara əməl etməyə səsləyib.

Bizimlə əlaqə saxlayın

birbank