18 
04
23
00:19
1 296

“Ağ şəhər”in qaranlıq həyatı - VİDEO

18, 04, 23
00:19
1 296

“Ağ şəhər”in qaranlıq həyatı - VİDEO

Gördüyünüz bu görüntülər "Ağ şəhər"də yaşayan, orada istirahət etmək istəyən sakinlərin kütləvi müraciətləri, daha doğrusu şikayətlərindən sonra çəkilib. Əslində bu görüntüləri qeydə alan zaman əmin olduq ki, burada heç yaşamaq da mümkün deyil. İstirahətdən isə danışmağa dəyməz. Hava bir az qaralan kimi buranın da qaranlıq həyatı başlayır. Özünə, ətrafa, cəmiyyətə hörmət etməyən, nəyin və ya kimin hesabına avtomobil sahibi olduğu bilinməyən şəxslər yüksək səsli musiqi sədaları altında burada toplaşır, musiqinin səsinə avtomobillərindən çıxan xoşagəlməz səslər də əlavə olunur. Etdikləri təhlükəli manevrlər isə birbaşa qəza, ölüm səbəbidir. Burada qəzalar da az olmur. Belə bir təhlükəli ərazidə piyada gəzmək, xüsusən ailə, uşaqla gəzintiyə çıxmaq elə ölümünə qol çəkməyə bərabərdir.

Ümid edirik ki, faciəvi hallar baş verməmiş səlahiyyətli şəxslər qanunamüvafiq tədbirlər görəcəklər.

Bizimlə əlaqə saxlayın

birbank