04 
02
22
08:35
519

Gəncədə avtoxuliqanlıq edən qazi saxlanılıb - FOTO

04, 02, 22
08:35
519

Gəncədə avtoxuliqanlıq edən qazi saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan PATRUL.AZ-a verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub.


Bundan başqa Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

birbank