02 
02
22
19:30
519

Bakıda avtoxuliqanlıq edən şəxsin sürücülük hüququ əlindən alındı - VİDEO

02, 02, 22
19:30
519

Bakıda avtoxuliqanlıq edən şəxsin sürücülük hüququ əlindən alındı - VİDEO

Bu barədə Patrul.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən sürücü barəsində Nəsimi DYPŞ tərəfindən toplanılan material aidiyyəti üzrə məhkəməyə təqdim edilib:

 "Hyundai" markalı 77 PD 568 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhəd Niyazova Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsinə əsasən qərar qəbul edib. Məhkəmənin qərarına görə  sürücü barəsində 500 manat cərimə və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı alınıb". 

A.Əsgərli yol hərəkəti qaydalarını bənzər formada pozan və digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərə səslənərək bu kimi kobud qayda pozuntularına yol verməməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

birbank