01 
02
22
20:37
544

Şəhəri bir-birinə qatan "Tofaş" sürücüləri - VİDEO

01, 02, 22
20:37
544

Şəhəri bir-birinə qatan "Tofaş" sürücüləri - VİDEO

Yəqin ki, sosial şəbəkələrdə xüsusən sutkanın qaranlıq vaxtı ağlınıza gələn və gəlməyən bütün təhlükəli qayda pozuntuları edən "Tofaş"ların videolarını görmüsünüz.

Patrul.az olaraq biz də bir neçə dəfə bu avtomobillərin təhlükəli qayda pozuntularının videogörüntülərini paylaşmışıq. #99RU039 və #99OS084 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri mütəmadi olaraq qırmızı işıqdan keçməklə, əl əyləcindən istifadə edərək avtomobili fırladıb axına qarşı hərəkət etməklə, avtomobilin təkərlərini yerində fırladıb yandırmaqla, dövlət qeydiyyat nişanlarının birini və hər ikisini çıxarıb avtomobil idarə etməklə, avtomobilləri sağdan, soldan, iki avtomobilin arasından necə gəldi keçməklə və daha nələr-nələr etməklə digər hərəkət iştirakçılarına təhlükə yaşadır və sanki belə də olmalıdır kimi bütün bunların videogörüntülərini öz sosial şəbəkə hesablarında paylaşırlar. Patrul.az olaraq bizə yaxın olan mənbələrdən bu sürücülər barəsində niyə bu günə qədər bir tədbir görülmədiyini öyrənməyə çalışdıq. Verilən məlumata görə onlardan biri özünü hüquq müdafiəçisi və siyasi partiyalardan birinin sədrinin yaxın dostu kimi təqdim edir. Digəri isə üzərində daim kəsici, deşici alət gəzdirir və yol polisi əməkdaşları onu saxlamaq istəyən kimi özünə xəsarət edəcəyi, özünü doğrayacağı ilə hədələyir. Əməkdaşlar da belə olduğuna görə onları saxlamağa tərəddüd edir. Çünki birinin özünü doğrayıb, digərinin də bunu lentə alıb yol polisinin sürücünü özünə xəsarət həddinə çatdırdığı ilə bağlı videogörüntü paylaşacağı ehtimalı var. Belə olan halda isə əməkdaşlar "ac qulağım, dinc qulağım" prinsipi ilə, "təki bizdən uzaq olsunlar" deyib bu şəxslərə qarşı heç bir tədbir görmürlər. Lakin hər gün bu cür avtomobil idarə edən şəxsin bir gün kiməsə xəsarət yetirəcəyi qaçınılmaz olacaq. Yəni gərək kimsə xəsarət alsın, bu sürücülərin qurbanı olsun ki, ondan sonra tədbir görülsün? 

Əgər bu sürücülər haqqında bir tədbir görülməsə bu gedişlə belə hərəkətlərə meylli sürücülərin gündə biri cibinə ülgüc qoyub özünə xəsarət edəcəyi ilə bağlı təhdid edib hoqqa verməyə başlayacaq. O zaman isə bunun qarşısını almaq daha çətin olacaq. 


Səməndər Niftəliyev 
Elcan Teymurlu 
Gülnar Ələmdarqızı

Bizimlə əlaqə saxlayın

birbank