28 
01
22
19:01
303

Avtomobili fırladır, təkər qaldırır və daha nələr - VİDEO

28, 01, 22
19:01
303

Avtomobili fırladır, təkər qaldırır və daha nələr - VİDEO

Təhlükəli qayda pozanlara, avtoxuliqanlara qarşı nə qədər mübarizə aparılsa da hələ də buna davam edənlər var. Özü də bu şəxslərin əksəriyyəti öz videolarını özləri paylaşmaqla özü-özünü ələ verir. Adətən belələri həyatda heç bir məqsədi, məramı, faydalı, həqiqi mənada fəxr ediləsi işi olmayan şəxslər olur. 

Özünün fəxr edəcəyi bir peşəsi, göstərəcəyi nümunəvi əməli yoxdur, başlayır ətrafdakıların həyatına təhlükə yaşatmağa, necə gəldi qayda pozmağa və hələ etdikləri azmış kimi bunu da fəxrlə sosial şəbəkələrdə paylaşmağa. Elə tik-tok sosial şəbəkəsində "quliyevumid97" hesabının sahibi də belə videolarla, özünün və başqalarının həyatına təhlükə yaşatmaqla məşhurlaşmaq istəyənlərdəndir. O, idarə etdiyi #10LS959 dövlət qeydiyyat nişanlı VAZ markalı avtomobili ilə əl əyləcindən istifadə etməklə avtomobili fırlatmağının, avtomobilin təkərlərini yerdən üzməklə idarə etməsinin görüntlüərini paylaşıb. 

Patrul.az olaraq inanırıq ki, aidiyyatı orqanlar bu sürücü barəsində araşdırma aparsa daha artıq qayda pozuntuları üzə çıxacaq.

Bizimlə əlaqə saxlayın

birbank