24 
01
22
19:00
406

Yol Polisi Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başladı - VİDEO

24, 01, 22
19:00
406

Yol Polisi Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başladı - VİDEO

Bu barədə Patrul.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Məlumat üçün bildiririk ki, paytaxt ərazisində dayanma durma tələblərinin pozulması,  qanunsuz parklanma yerlərinin yol hərəkət istiqamətində təşkil olunması, eləcə də qanunsuz parklanma fəaliyyətini həyata keçirən şəxslərə qarşı Bakı şəhər Baş Polis İdarəsinin, ərazi polis idarələrinin, eləcə də Dövlət Yol Polisi tərəfindən müvafiq tədbirlər kompleks şəkildə həyata keçirilməkdədir. Nəzarət profilaktiki qaydada aparılan tədbirlər nəticəsində bir daha bu fəaliyyəti həyata keçirən vətəndaşlara, hüquqi və fiziki şəxslərə xəbərdarlıq edərək bildiririk ki, yol hərəkəti haqqında qanun, eləcə də digər normativ hüquqi aktların tələblərinin nəticəsində müvafiq addımların həyata keçirilməsini nəzərə alıb qanunsuz fəaliyyətdən çəkinsinlər. Həmçinin, hər bir vətəndaşımız bilməlidir ki, yolların hərəkət istiqamətlərinin zəbt olunması digər vətəndaşların haqqlı narazılıq və narahatçılığını doğuran səbəblər yaradır və bunun da qarşısının alınması üçün polis tərəfindən lazımi addımlar atılmaqdadır.

Bizimlə əlaqə saxlayın

birbank