21 
01
22
15:37
539

BNA-nın qayda pozan sürücüsü cərimə olundu - VİDEO

21, 01, 22
15:37
539

BNA-nın qayda pozan sürücüsü cərimə olundu - VİDEO

Patrul.az olaraq xəbər vermişdik ki, #99AR244 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan BNA əməkdaşı ayrı-ayrı vaxtlarda birtərəfli yolda hərəkət istiqamətinin əksinə hərəkət etmişdi və svetoforun qırmızı işığında hərəkəti davam etdirmişdi. Bakı Şəhəri Dövlət Yol Polisi idarəsindən "Patrul.az"a verilən məlumata görə xəbər tərəfimizdən işıqlandırıldıqdan sonra araşdırma aparılıb və fakt öz əksini tapıb. Buna görə də həmin sürücüyə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4 maddələri ilə inzibati protokol tərtib olunub. 

Biz də Patrul.az olaraq operativ xidmətə görə Bakı Şəhəri Dövlət Yol Polisi idarəsinin əməkdaşlarına təşəkkür edirik və inanırıq ki, BNA-nin əməkdaşı üçün bu bir ibrət olacaq və qaydaların bütün sürücülər kimi ona da şamil olunduğunun fərqinə varacaq.

Bizimlə əlaqə saxlayın

birbank