14 
01
22
19:39
439

Qubada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

14, 01, 22
19:39
439

Qubada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Fərhad Hacıyevin idarə etdiyi VAZ-2115 markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. 

F.Hacıyev RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.




Bizimlə əlaqə saxlayın

birbank