12 
01
22
10:40
418

Qubada narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

12, 01, 22
10:40
418

Qubada narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə PATRUL.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Vüqar Məmmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. V.Məmmədov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.



Bizimlə əlaqə saxlayın

birbank