10 
01
22
16:24
386

Novbəti avtoxuliqan və avtoxuliqanlıq təbliğatçısı - VİDEO

10, 01, 22
16:24
386

Novbəti avtoxuliqan və avtoxuliqanlıq təbliğatçısı - VİDEO

Avtoxuliqanlıq, avtoxuliqanlığın təbliğatı əleyhinə mütəmadi mübarizə aparılsa da, son zamanlar avtoxuliqanlığı təbliğ edən videolar xeyli azalsa da, görünən odur ki, bu bəzilərinə hələ də ibrət olmur. Yaxud arxayın olduqları kimlərsə, yaxud nələrsə var ki, hələ də mütəmadi olaraq yollarda belə hərəkətlərə yol verirlər və bu azmış kimi bunu öz sosial şəbəkə hesablarında paylaşırlar.

PATRUL.AZ xəbər verir ki, tik-tok sosial şəbəkəsində "eziz_595" hesabının sahibi olan Əziz adlı şəxs də belə sürücülərdəndir. O idarə etdiyi #10JV595 və #90UE595 dövlət qeydiyyat nişanlı avtomobillərlə mütəmadi olaraq kobud qayda pozuntularına yol verdiyinin videogörüntülərini paylaşır. Videogörüntülərdə onun müxtəlif zamanlarda və yollarda avtomobilləri sağdan, soldan, bir neçə avtomobilin arasında keçməklə ardıcıl qayda pozuntularına yol verdiyi, avtomobilin bir, yaxud iki təkərini qaldırmaqla hərəkət etdiyi, sayrışan işıqlarla idarə etdiyi, hətta sayrışan işıqları qoşaraq yol boyu geriyə hərəkət etdiyi öz əksini tapıb. İnanırıq ki, səlahiyyətli orqanlar tezliklə bu sürücü barəsində qanunamüvafiq tədbirlər görəcək və təbliğat kimi istifadə olunan videoların silinməsini təmin edəcək.


Bizimlə əlaqə saxlayın

birbank