08 
01
22
18:56
215

Qayda pozanların aqibəti - VİDEO

08, 01, 22
18:56
215

Qayda pozanların aqibəti - VİDEO

Patrul.az olaraq izləyicilərimizin bizə göndərdiyi videogörüntülər əsasında yol hərəkəti qaydalarını pozan, digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücülərin videogörüntülərini paylaşıb səlahiyyətli orqanların qanunamüvafiq tədbir görməsini xahiş etmişdik. 

Bakı Şəhəri Dövlət Yol Polisi idarəsindən "patrul.az"a verilən məlumata görə videogörüntülərə baxış keçirilib və İnzibati Xətalar Məcəlləsinin 99.1.3 maddəsində fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatların inzibati işin başlanmasına əsas verdiyini nəzərə alaraq həmin sürücülərə törətdiyi qayda pozuntularına uyğun olaraq inzibati protokollar tərtib edilib. 

23 dekabr, 16:44 radələrində Ələsgər Qayıbov küçəsində svetoforun qırmızı işığında hərəkəti davam etdirən #90JA624 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən protokol tərtib olunub. 3 bal, 60 manat.

19 dekabr, 09:50 radələrində 1.3 nişanlanma xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxan #77PD861 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən protokol tərtib olunub. 4 bal, 100 manat.

25 dekabr, 16:18 radələrində Kənar Dairəvi yolda avtomobildən yola kənar əşya atan #99RP890 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsi 327.1 maddəsinə əsasən protokol tərtib olunub. 40 manat.

16 dekabr, 19:57 radələrində 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətə çıxan #10LV014 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən protokol tərtib olunub. 3 bal, 60 manat.

Bir daha sürücüləri qayda pozmamağa, yollarda özlərinə və digər hərəkət iştirakçılarına qarşı təhlükə yaşatmamağa, qaydalara əməl etməyə səsləyirik.

Bizimlə əlaqə saxlayın

birbank