06 
01
22
19:37
596

Avtomobilin önünü kəsib digər sürücüyə xəsarət yetirdi - VİDEO

06, 01, 22
19:37
596

Avtomobilin önünü kəsib digər sürücüyə xəsarət yetirdi - VİDEO

İzləyicimiz başına gələn hadisəni ictimailəşdirmək, onu təhqir edən, söyən və bu azmış kimi xəsarət yetirib gedən şəxsin tapılması üçün köməklik göstərməyimiz üçün Patrul.az qaynar xəttinə müraciət edib. 

Belə ki, 2 yanvar, 18:19 radələrində özünə məxsus avtomobillə 8 Noyabr prospektində hərəkət edən zaman ən sol zolaqda hərəkət edən sürücünün onun qarşısına keçməklə təhlükə yaradaraq zolağı dəyişdiyini görüb. İzləyicimiz sürücünün fikirli ola biləcəyi, qəsdən yox, ehtiyatsızlıqdan təhlükə yaratdığını fikirləşib və buna məhəl qoymaraq yoluna davam edib. Lakin görünən odur ki, #99NS557 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü yolda istədiyi zaman istədiyi qayda pozuntusunu etmək, istədiyi zaman təhlükə yaratmaq haqqına sahib görür. Elə hərəkət edə-edə avtomobildən digər avtomobilə yüksək tonla "nə olub?" qışqırıb. İzləyicimiz də "zolağıma girib təhlükə yaradırdın" deyib. Lakin bu cavabdan sonra qoçuluqedən sürücü "ver kənarda saxla" deyib, avtomobilin önünü kəsib. İzləyicimiz avtomobili saxladıqdan sonra arxada bir avtomobilin də saxladığını görüb. Məlum olub ki, həmin şəxsin tanışlarıdır. Digər şəxs avtomobildən düşər-düşməz təhqirlər, söyüşlər yandırmağa başlayıb, yaxınlaşıb əl-qol atıb. Qarşı tərəfin adekvat olmadığını görən izləyicimiz bütün bu olanların avtomobildə olan videoregistrator tərəfindən qeydə alındığını, bununla bağlı rəsmi şikayət edəcəyini bildirib. Bundan sonra daha da hiddətlənən şəxs öz həyat yoldaşının, yaxınlarının xahiş və yalvarışlarına baxmayaraq söyüşlərə davam edib, "sən kişi deyilsən, kimə istəyirsən şikayət et" deyib. Bütün bunların fonunda onun yaxınları izləyicimizi xahişlə avtomobilə əyləşdirən zaman, gəlib arxadan zərbə vurub və nəticədə izləyicimiz görmədiyi zərbənin təsirindən yıxılıb və ayağı burxulub, zədə alıb. 

Digər şəxs isə dərhal avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşıb. Halbuki tanımadığı şəxsə "sən kişi deyilsən" deyən biri bilməlidir kişi öz ailəsinin yanında söyüş söyməz. Tanımadığı, xasiyyətinə bələd olmadığı yad birini ümumiyyətlə söyməz. Axı söyüşün iki başı olur. Hər kəs adekvat, səbrli olmur. Öz ailəsinin yanında başqasını söyən, elə öz ailsənin yanında eyni söyüşlə qarşılaşa da bilər. Ən əsası isə kişi arxadan vurmaz.

Hadisədən dərhal sonra xəstəxanaya gedən izləyicimizin ayağı ciddi xəsarət səbəbi ilə gipsə qoyulub. Artıq məsələ ilə bağlı aidiyyatı üzrə 37-ci polis bölməsinə rəsmi, yazılı müraciət edilib. İnanırıq ki, səlahiyyətli orqanlar bu məsələni tezliklə araşdırıb qoçuluq edən şəxsin müəyyən edilib saxlanılmasına, barəsində qanunamüvafiq tədbirlər görülməsində əllərindən gələni əsirgəməyəcəklər.

Bizimlə əlaqə saxlayın

birbank