27 
12
21
18:58
571

Eyni hərəkət, fərqli yanaşma - VİDEO

27, 12, 21
18:58
571

Eyni hərəkət, fərqli yanaşma - VİDEO

Yəqin ki, "Zəfər günü" ilə bağlı olan tədbirdə şəhərin mərkəzində motosikletin təkərlərini "yandıran" sürücü çoxunuzun yadındadır. Hətta o zaman polisin arxadan gəlib həmin sürücünün xəbərdarlıq üçün kürəyinə vurmasını şiddət kimi də qiymətləndirənlər var idi. Bu tamam başqa mövzu, amma məlumat üçün bildirək ki, həmin motosiklet sürücüsünün hərəkətləri avtoxuliqanlıq kimi qiymətləndirilmiş və toplanmış materiallar polis tərəfindən məhkəməyə göndərilmişdi. Nəticədə motosiklet sürücüsü inzibati qaydada həbs olundu. Bu olanları xatırlatmağımız səbəbsiz deyil. 

Patrul.az olaraq bir neçə gün öncə sosial şəbəkələrdə paylaşılan videogörüntünü "yandırır e" başlığı ilə paylaşmışdıq. Videonu paylaşıb aidiyyatı orqanların reaksiyasını gözləmək qərarına gəldik. Məlumat üçün bildirək ki, avtomobilin sürücüsü bloqer kimi fəaliyyət göstərən Xosrov adlı şəxsdir. Lakin günlər keçməsinə baxmayaraq bu video barəsində aidiyyatı orqanlardan açıqlama gəlməyib. Bəs necə olur ki, motosiklet sürücüsü eyni əməli edəndə avtoxuliqan kimi həbs olunur, amma müəyyən qədər tanınan, məşhur şəxs edəndə heç bir tədbir görülmür. Ən sonda isə İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsini nəzərinizə çatdırmaq istəyirik. 

Mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bizimlə əlaqə saxlayın

birbank