24 
12
19
11:03
294

DYP velosipedçilərİ və moped sürücülərinİ MARİFLƏNDİRDİ

24, 12, 19
11:03
294

DYP velosipedçilərİ və moped sürücülərinİ MARİFLƏNDİRDİ

patrul.az DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub.

"Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsi:

I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

İdmançı velosipedçilərin qrup halında hərəkət vaxtı bu qaydaları pozması ehtimalı böyükdür, çünki onlar bəzən 2 və daha çox cərgə ilə, özü də hamısı birlikdə gedirlər.

Nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşkar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini tələb etməlidir. 







Bizimlə əlaqə saxlayın

birbank